Müğənni Dənizə HÖKM OXUNDU

Müğənni Dənizə HÖKM OXUNDU
14:40

Müğənni Dəniz Əsədovaya hökm oxunub.

News365.az xəbər verir ki, vəkillərdən birinin şikayəti əsasında Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovaya cəza verilib.

Məhkəmənin hökmü ilə Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan)  və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bundan başqa, Dəniz Əsədova vəkillər Asim Abbasov və Cavidan Osmanlını da təhqir etməkdə və onlara böhtan atmaq təqsirləndirilir.

Həmin işə də Binəqədi Rayon Məhkəməsində baxılır. 

Qeyd edək ki, Dəniz Əsədova    daha əvvəllər CM 178-ci ( şDələduzluq) və 147, 148 ci maddələri ilə məhkum olunub.


Sizin reklam burada
Sizin reklam burada