Kreml “Amerikanın səsi” və “Azadlığ”ın bağlanmasına reaksiya verib

Kreml “Amerikanın səsi” və “Azadlığ”ın bağlanmasına reaksiya verib
17 Mar 2025 15:10

“Azadlıq” radiosunun və “Amerikanın Səsi” radiosunun fəaliyyətinin dayandırılması ABŞ-nin suveren məsələsidir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti brifinq zamanı deyib.

Jurnalistlər ondan Rusiya rəhbərliyinin baş verənlərə necə münasibət bəslədiyini soruşublar.

“Bu, həqiqətən bizə aid deyil. Bu, Birləşmiş Ştatların daxili suveren məsələsidir", - Kreml sözçüsü bildirib.

O qeyd edib ki, Amerikanın Səsi  və “Azadlıq” radiosu Rusiya sakinləri arasında o qədər də populyar deyildi. Peskov vurğulayıb ki, bu media xəbərləri sırf təbliğata xidmət edib.

Martın 14-də ABŞ prezidenti Donald Tramp 7 federal agentlikdə işçilərin ixtisar edilməsi haqqında sərəncam imzalayıb. Onların arasında “Azadlıq” və “Amerikanın səsi” radiolarının fəaliyyətinə nəzarət edən ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) də olub. Bundan iki gün sonra “The Washington Post” Amerikanın Səsinin direktoru Maykl Abramovitsə istinadən radiostansiyanın fəaliyyətinin dayandırıldığını bildirib. Bu fonda media rəhbərliyi 1300-dən çox əməkdaşını məcburi məzuniyyətə göndərmək məcburiyyətində qalıb. “Reuters”in məlumatına görə, “Azadlıq” radiosu da oxşar vəziyyətlə üzləşib.

Tural


Sizin reklam burada
Sizin reklam burada