"Aİ-nin Kiyevə hərbi yardım təkliflərini dəstəkləməyəcəyik!" - Siyarto

"Aİ-nin Kiyevə hərbi yardım təkliflərini dəstəkləməyəcəyik!" - Siyarto
12:30

Macarıstan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Ukraynaya avropalı vergi ödəyiciləri hesabına hərbi yardımın davam etdirilməsinə qarşı çıxış edəcək. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belçikanın paytaxtına yola düşərkən deyib.

"Bu gün Brüsseldə Ukraynaya avropalı vergi ödəyicilərinin pullarından istifadə etməklə daha milyardlarla avro və ya silah verilməsi ilə bağlı bir neçə təklif gündəmə gələcək. Biz Brüsselə hərbi əməliyyatları dəstəkləyən təkliflərə qarşı çıxmaq və sülh danışıqlarının uğurunu təşviq etmək üçün gedirik", - Siyarto Facebook-da yazıb.

Nazir belə hesab edir ki, Brüssel hazırda müharibə tərəfdarı olan liberal avropalı siyasətçilərin Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında sülh danışıqlarının uğurunun qarşısını almağa daim cəhd göstərməsi səbəbindən beynəlxalq təcrid vəziyyətindədir. Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, o, belə danışıqları dəstəkləyir və onları Ukraynada sülhün yeganə yolu hesab edir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada