Rusiyada xeyli sayda saxta spirtli içkilər istehsal edən qanunsuz müəssisə aşkarlanıb. Sosial şəbəkələrin Rusiya seqmentində narazılıqla qarşılanan görüntülərdə Leninqrad vilayətində hüquq-mühafizə orqanları əməkdaşlarının "yeraltı sex"də spirtli içki istehsalı tapmaları əks olunub.
"Qanunsuz istehsal Tosnenski rayonunun Ulyanovka kəndindəki anbarda qurulub. İçəridə polis qanunsuz alkoqol və digər sübut dəyəri olan əşyalar, faktlar, avadanlıq tapıb. 600-dən çox tərkibində spirt olan xüsusi maye doldurulmuş plastik qab, premium brendin loqosu ilə 300-dən çox şüşə araq, 100-ə yaxın kanistr spirt müsadirə edilib. Müsadirə edilmiş saxta malların ümumi çəkisi 4 tonu keçib”, - deyə məlumatda bildirilir.
Tural