Səfir: "Serbiya hakimiyyəti vətəndaş müharibəsinin qarşısını aldı"

Səfir: "Serbiya hakimiyyəti vətəndaş müharibəsinin qarşısını aldı"
13:40

Serbiya hakimiyyəti ölkənin vətəndaş müharibəsinə sürüklənməsinin qarşısını alıb. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko deyib.


“Hakimiyyət, ilk növbədə prezident, müvafiq xidmətlər, hökumət eskalasiyanın başlayacağı, qan tökülməsinin və ölkənin kəskin vətəndaş böhranı qarşıdurmasına sürüklənməsinin mümkün olacağı bir situasiyanın qarşısını aldı",-  o qeyd edib.


Diplomatın sözlərinə görə, avropalı QHT-lər serb xalqının narazılığından rüsvayçılıqla istifadə edərək, ölkə sakinlərini qarışdırmağa başlayıblar.


Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç tələbələrin etiraz aksiyalarının radikallaşmasından danışıb. Serbiya lideri bunu daha çox müxalif siyasi partiyalar tərəfindən təşkil edilən etiraz aksiyalarına dəstəyin “azalması” ilə əlaqələndirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada