FIFA 2026 dünya çempionatından REKORD GƏLİR əldə etdi

FIFA 2026 dünya çempionatından REKORD GƏLİR əldə etdi
12:26

"The Guardian" nəşrinin yaydığı məlumata görə, 2026-cı il dünya çempionatı FIFA-nın tarixinə ən çox gəlir gətirən turnir kimi düşüb.

Qurum turnirin keçirildiyi müddət ərzində ümumilikdə 15 milyard dollara yaxın rekord gəlir əldə edib.

Dünyanın müxtəlif ölkələrində yayım hüquqlarının satışı gəlirlərin böyük hissəsini təşkil edib.

Turnir çərçivəsində qlobal brendlərlə imzalanan sponsorluq müqavilələri və lisenziyalı məhsulların satışı ciddi artım nümayiş etdirib.
 

Stadionlarda azarkeşlərin yüksək iştirakı və bilet satışından daxil olan vəsaitlər rekord göstəriciyə çatılmasına kömək edib.


Ekspertlər qeyd edirlər ki, bu rəqəm FIFA-nın kommersiya strategiyasının nə dərəcədə səmərəli olduğunu göstərir. Əldə edilən bu rekord məbləğ təkcə turnirin təşkilati xərclərini deyil, həm də dünya üzrə futbolun inkişafı, müxtəlif proqramların maliyyələşdirilməsi və üzv assosiasiyalara edilən dəstəyin artırılması üçün istifadə olunacaq.


Sizin reklam burada
Sizin reklam burada