Burda nəsə paylaşanda, yazımın müxtəlif saytlarda tirajlanması, üstəlik diqqət çəkən başlıqlar altında o qədər xoşuma gəlmir.
News365.az xəbər verir ki, bu sözləri vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabındakı paylaşımında bildirib
Bu yazım yas və mərasimlə bağlı bəzi dini qaydaların səhv, yersiz tətbiqi ilə bağlıdır.
Bunlardan birisi kiminsə vəfat etdiyi anda onu dərhal yuyub kəfənləyib, sonra torpağın altına salmaqdır. İnsanlarımız dərk etməlidir ki, xloroformun olmadığı, çürüməyə qarşı dərmanların, kondisionerin olmadığı orta əsrlərdə, meyid gigiyenik səbəblərlə tez dəfn edirdilər. Belə "tez bazar" insanı torpağın altına salmağın bir səbəbi də insanların dərdini tez unutdurmaq, meyidin üzərində qadınların şaxsey-vaxsey vurmalarını önləməkdir.
Xalqımız empatiya qurmaqda o qədər də mahir deyil, düşünmürlər ki yaxınını itirən insan üçün öz əzizini 1 saat belə yanında hiss etmək çox böyük bir təskinlikdir. bizdə isə insanı yuyurlar, üzünü əlini ayağını bərk-bərk basdırırlar. Mumiya kimi bir şeyi evə gətirirlər ki üstündə şaxsey-vaxsey vurulsun sonra da aparıb torpağa versinlər.
İnsanlara imkan verin ki, öz yaxını həyatdan köçsə də, onun üzünü, alnını, əllərini öpsün, saçlarını oxşasın. Səssizcə gözyaşını axıtsın.
Tanrım hamınızın yaxını qorusun, vaxtsız itkidən uzaq eləsin. Lakin başınıza gələrsə, empatiyasız və mərhəmətsiz insanların mobbinqinə dirənin. Yaxınınızın evdə üzünü açın, əllərindən tutun, saçlarını sığallayın. Kimsə sizə "haramdır" desə, vecinizə almayın, onlar sizin hüznünüzü hiss etmir.