Nəriman Həsənzadə bir yaşında atasını, 23 yaşında isə anasını itirsə də, həyatın ağır sınaqlarını böyük yaradıcılığa çevirərək Azərbaycan ədəbiyyatının ən görkəmli şairlərindən birinə çevrilib.
1931-ci ildə Ağstafanın Poylu qəsəbəsində anadan olan Xalq şairi filoloq, alim, dramaturq, pedaqoq və dövlət xadimi kimi də fəaliyyət göstərib. Onun yaradıcılığı əsasən Vətən, sevgi, insan taleyi və milli dəyərlərə həsr olunub.
Nəriman Həsənzadənin həyatında ən böyük ilham mənbələrindən biri həyat yoldaşı Sara xanım olub. Şair onun vəfatından sonra yazdığı kövrək şeirlərlə oxucuların qəlbinə toxunub. O, həmçinin 1990–1995-ci illərdə Ali Sovetin deputatı olub və Azərbaycanın Müstəqillik Aktını imzalayan deputatlardan biri kimi tarixə düşüb.
2005-ci ildə "Xalq şairi" fəxri adına layiq görülən Nəriman Həsənzadə "Şöhrət", "Şərəf", "İstiqlal" və "Heydər Əliyev" ordenləri ilə təltif edilib.
Nəriman Həsənzadənin həyatı, yaradıcılığı və çoxlarının bilmədiyi maraqlı faktlar haqqında daha ətraflı videonu YouTube kanalımızda izləyə bilərsiniz.