Ceki Çan Bakıya gəlir?

Ceki Çan Bakıya gəlir?
03 Avq 2026 23:40

Dünya şöhrətli aktyor Ceki Çan Bakıya gəlib.

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Ceki Çanın “Tanrının Zirehi 4” (Armour of God 4: The Ultimatum”) adlı beynəlxalq film layihəsinin çəkilişlərinin bir hissəsi Azərbaycan paytaxtında aparılacaq.

Bakıda çəkilişlər İçərişəhərdə, Dağüstü Parkda, Bakı Funikulyorunda, Yaşıl Teatrda, Fəvvarələr Meydanında və paytaxtın bəzi mərkəzi küçələrində həyata keçiriləcək.

Qeyd edək ki, filmin istehsalında Çin və Qazaxıstan iştirak edir.


Sizin reklam burada
Sizin reklam burada