Türkiyədə baş verən mübahisə faciə ilə nəticələnib.
News365.az xəbər verir ki, bir nəfər həyat yoldaşına söz atdığını iddia etdiyi şəxsə yumruq və təpiklə hücum edib. Qadının başqa bir şəxsi göstərməsindən sonra şübhəli ona da hücum edib.
Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmağa çalışan 56 yaşlı çörəkçi Mehmet Pehlivan qarın nahiyəsindən güllələnib. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.