Səkkiz aylıq hamilə qadın pəncərədən yıxılaraq ölüb

Səkkiz aylıq hamilə qadın pəncərədən yıxılaraq ölüb
03 Avq 2026 20:00

Türkiyədə 8 aylıq hamilə qadın həyat yoldaşından qaçmağa çalışarkən pəncərədən yıxılaraq ölüb.

News365.az xəbər verir ki, hadisə zamanı qadın əvvəlcə 3 yaşlı övladını qorumaq üçün onu otağa kilidləyib, daha sonra isə pəncərədən çıxmağa cəhd edib. 

Lakin bu zaman yıxılan qadın və bətnindəki 8 aylıq körpə həkimlərin müdaxiləsinə baxmayaraq xilas edilə bilməyib.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada