Yeni mövsümə mütləq çempionluq hədəfi ilə hazırlaşan "Fənərbağça" hücum xəttini gücləndirmək üçün Avropanın iki tanınmış hücumçusu ilə maraqlanır.
News365.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Həm Türkiyə Super Liqasında, həm də avrokuboklarda iddialı heyət formalaşdırmağı qarşısına məqsəd qoyan İstanbul klubu transferdə əsas prioriteti mərkəz hücumçusu mövqeyinə verib.
Məlumata görə, baş məşqçi İsmayıl Kartalın hesabatı əsasında klub rəhbərliyi "Borussia Dortmund"un hücumçusu Seru Qirassi və "Atletiko Madrid"in forvardı Aleksander Sörlot üzərində dayanıb.
Bildirilir ki, "Atletiko Madrid" norveçli hücumçu Aleksander Sörlotun transferi üçün təxminən 30 milyon avro tələb edir. Xəbərdə həmçinin qeyd olunur ki, futbolçu ilə "Yuventus" da maraqlanır və Sörlot gələcək təklifləri dəyərləndirməyə açıqdır.
"Fənərbağça"nın digər əsas namizədi olan Seru Qirassi ilə bağlı isə klubun "Borussia Dortmund"la danışıqları davam etdirilir. Rəhbərlik qvineyalı futbolçunun transfer qiymətini 30 milyon avrodan aşağı salmağa çalışır.
Hər iki futbolçunun hazırkı klubları ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Hazırda bazar dəyəri 32 milyon avro olaraq qiymətləndirilən Qirassinin Dortmundun təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında iştirak etdiyi, eyni zamanda transfer danışıqlarının gedişini yaxından izlədiyi bildirilir.