Fələyin çarxı heç vaxt "sarvat" olmur! - Tural İrfan yazır

Fələyin çarxı heç vaxt "sarvat" olmur! - Tural İrfan yazır
09:18
Molla rejimini əslində İsrail çökdürmür, xalqa etdikləri zülm, Allaha atdıqları böhtan, qonşuya, dosta xəyanət, İmam Hüseynin qanını istismar etməkləri çökdürür. Bilməli idilər ki, Allaha savaş açmağın sonu qansız düşmənin üzərinə müsəllət olması ilə nəticələnir. Qüdsü səlibçilərə satan Fatimilər də o dövrdə çox belə qanlar tökdü, sonda Səlahəddin Əyyubinin qılıncından xilas ola bilmədilər. Qəzvindəki Həşşaşilər də Səlcuqlulara çox terror etdilər, sonda Hulakunun barıt və neft qarışığı bombaları qarşısında Ələmut dağı titrəyəndə diz çökdülər...
Şübhəsiz ki, İsrail də Fələstin xalqına qarşı etdiklərinə görə məsuliyyət daşıyır.
Günahsız Fələstin xalqını məhv etmək üçün illərdir Həması qızışdırıb İsrailə daş atdırdı, onlar da bunu bəhanə tutub xalqı qırıb torpaqlarını tutdular. Bundansa İsrailə təslim olub orada yaşayan milyonlarla müsəlman kimi bərabərhüquqlu yaşaya bilərdilər. Lakin İranın pərdə arxasında oturan ideoloqları məhz Fələstin xalqının nasibi (guya Əhli Beyt düşməni) olduğunu əsas gətirib onların İsrailin əli ilə məhvinə qərar verdilər.
Bunu ağıl da, siyasi, hərbi hesablamalar da sübut edir ki, İsrailin və ABŞ-nin qarşısında dövləti olmayan pərakəndə bir qurum, Həmas kimi təşkilatlar davam gətirə bilməz, baş qaldırsa mütləq xalqı qırğına verəcək, əlində qalan ərazilər də işğal olunacaq. İran bunu bilə-bilə Həması təhrik edib İsrailə hücum etdirdi, nəticədə də İsrailin əlinə böyük bir əsas, bəhanə, dəstəvuz verdi ki, o da öz növbəsində Fələstin xalqını məhv edib qalan torpaqları da tutsun. Ancaq İran özü qurduğu tələyə sonda özü düşdü.
İlahi ədalət bərqərar oldu. Əgər müharibə edən idisə 50 ildir sözdə hədə-qorxu gəlincə bircə dəfə özü müharibə edəydi. Səddam Hüseyn o zaman İsrailə 39 skad raketi atıb demişdi ki, içinizdə kişi varsa 40-cını da o atsın. İran onda qınına çəkilib pusurdu ki, görək axırı necə olur. Səddamı devirib asanda müraciət edirdilər ki, məhz Qurban bayramı günü edam edilsin. İndi də Məhərrəm ayı gəlir. Səddamı Qurban bayramında asdırdıqları düşmən indi özlərini də Məhərrəm ayında asmaqdan betər edəcək bəlkə də...
Fələyin çarxı heç vaxt "sarvat" olmur!
Kim quyudan çıxa bilmirsə demək öz qazdığı quyudur.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada