Avstraliyanın Sidney şəhərində silahaliyalı hücum baş verib.
İki naməlum silahlı şəxs Bondi çimərliyində insanlara atəş açıb.
Polis hücum edənlərin saxlanılması məqsədilə çimərlik zonasında xüsusi əməliyyat həyata keçirib.
Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində yaydığı məlumata əsasən, polis Bondi çimərliyində baş verən hadisəyə dərhal müdaxilə edib və vətəndaşları həmin ərazidən uzaq durmağa çağırıb.
Atışma nəticəsində 10 nəfər həyatını itirib. Ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var. Silahlı şəxslərdən biri zərərsizləşdirilib, digəri isə yaralanıb və ona ilkin tibbi yardım göstərilir.