Xameneini dəstəkləyən ABŞ universitetinin professoru işdən qovuldu

Xameneini dəstəkləyən ABŞ universitetinin professoru işdən qovuldu
11:41

Arkanzas Universitetinin Yaxın Şərq Araşdırmaları Proqramının direktoru Şirin Səidi İranın ali rəhbəri Əli Xameneini dəstəkləyən və İsrail əleyhinə sərt mövqelər ifadə edən yazılar dərc etdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə “The New York Post” qəzeti yazıb.
 

Məlumata əsasən, Səidi universitetin rəsmi blankından istifadə edərək Xameneini dəstəkləyən məqalələr yayımlamaqda, eləcə də Həmid Nurinin azadlığa buraxılmasına çağırış etməkdə ittiham olunur. Bu iddialarla bağlı sənədlərin “İranın Apoloqatlarına Qarşı Mübarizə Koalisiyası” adlı Amerika koalisiyası tərəfindən təqdim edildiyi bildirilir.


Qəzet qeyd edir ki, noyabr ayında X sosial şəbəkəsində Səidiyə aid edilən paylaşımlarda o, Əli Xameneini tərifləyib və səhhəti üçün dua edib. Həmin yazıların bəzilərində İsrail “terrorçu dövlət” kimi xarakterizə olunub. (Independent Persian)


Sizin reklam burada
Sizin reklam burada