Almaniyanın Manhaym şəhərində tək mühərrikli təyyarənin hərəkətli küçələrdən birinə məcburi eniş etməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Bu barədə "Tagesschau" qəzeti məlumat yayıb.
Təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı kişi olub.
"Pilot ağır, digər iki sərnişin isə yüngül xəsarətlər alıb. Bütün sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb", - qəzet yazıb.
Hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Almaniya federal təyyarə qəzasının təhqiqat idarəsi hadisənin səbəblərini araşdırır.