Türkiyə suriyalılar üçün pulsuz tibbi xidməti dayandırır

Türkiyə suriyalılar üçün pulsuz tibbi xidməti dayandırır
12:13

Suriyadakı müharibənin başa çatmasından bir il keçməsinə baxmayaraq, Türkiyədə yaşayan suriyalıların ölkələrinə qayıdışı gözlənilən sürətdə getmir. 8 dekabr 2024-cü ildən bu yana təxminən 600 min suriyalı vətəninə dönüb. Hazırda isə 2 milyon 370 min suriyalı Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayır.

Geri dönüşləri sürətləndirmək üçün müvəqqəti qoruma statusunun dərhal ləğvi təklif olunsa da, Prezident Rəcəb Tayyib Ərdoğan zorla geri göndərməyə qarşı çıxıb. Nəticədə geri dönüşlərin mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.

Qərara əsasən, yanvarın 1-dən etibarən suriyalılar üçün pulsuz səhiyyə xidməti dayandırılacaq və tibbi xidmətlər ödənişli olacaq. Növbəti mərhələdə isə müvəqqəti qoruma statusları tədricən ləğv ediləcək. Bu halda suriyalılar Türkiyədə qalmaq üçün yaşayış icazəsi almalı olacaqlar ki, bu da ciddi şərtlərlə mümkün olacaq.

Məlumata görə, şərtləri yerinə yetirə bilməyən şəxslər ölkəni tərk etməli olacaqlar. Bununla yanaşı, ölkəsinə qayıtmaq istəyən suriyalıların yol xərcləri və maddi dəstəyi BMT fondları hesabına qarşılanacaq.


Sizin reklam burada
Sizin reklam burada