Odessa vilayəti gecə yenidən hücuma məruz qaldı

Odessa vilayəti gecə yenidən hücuma məruz qaldı
12:34

Bu gecə Rusiya ordusu Odessa vilayətinə növbəti dəfə hücum edib. Hücum nəticəsində enerji obyektlərinə ziyan dəyib.

Bu barədə Vilayət Hərbi Administrasiyası (VHA) məlumat yayıb.

Eyni zamanda nəqliyyat, sənaye və mülki infrastruktura aid obyektlər də zədələnib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Kritik infrastruktur obyektləri generatorlar vasitəsilə fəaliyyətə keçirilib.

Prezident Volodimir Zelenski bildirib ki, Rusiyanın ölkənin bir çox ərazilərinə atəşlərindən sonra istilik və suyun bərpası üzərində işlər davam edir, vəziyyət hələ də mürəkkəbdir.

Dövlət başçısının sözlərinə görə, Nikolayev, Odessa, Xerson, Çerniqov, Donetsk, Sumi və Dnepropetrovsk vilayətlərində yüz minlərlə ailə işıqsız qalıb.


Zelenski qeyd edib ki, son bir həftə ərzində Rusiya 1500-dən çox zərbə dronu, təxminən 900 idarəolunan aviabomba (KAB) və müxtəlif tipli 46 raket buraxıb.


Sizin reklam burada
Sizin reklam burada