Fəhlələr qazıntı zamanı 1000 yaşlı məbəd aşkarladılar

Fəhlələr qazıntı zamanı 1000 yaşlı məbəd aşkarladılar
27 Mar 2025 11:55

Tailandda dəmir yolu tikintisi zamanı qədim məbəd aşkar edilib. Bu barədə "Thaiger" məlumat yayıb. 


Gözlənilməz tapıntı Phayao əyalətində yeni dəmir yolu üçün torpaq sahəsinin işlənməsi zamanı ərazidə çalışan inşaat işçiləri tərəfindən aşkar edilib. 

"Martın 24-də aparılan qazıntılar zamanı qiymətli əşyalar, o cümlədən kərpiclər, nilufərşəkilli sütun altlıqları və mükəmməl qorunub saxlanılan yeddi mərtəbəli, 2 metr hündürlüyündə olan paqoda aşkar edilib", - nəşr yazıb.


Yerli sakinlər qazıntının nəticələrini dərhal Təsviri İncəsənət Departamentinə bildirdilər və səlahiyyətlilər ərazini potensial xəzinə axtaranlardan qorumağa tələsiblər. Bununla belə, icma sakinləri tapıntıların turistləri cəlb edəcəyinə ümid edirlər.

Qazılmış ərazi, qalıqlar, o cümlədən paqoda və digər artefaktlar, əlavə araşdırma üçün diqqətlə ərazidən uzaqlaşdırılıb. İlkin hesablamalara görə, strukturun yaşı təxminən 1000 ildir.

Tural


Sizin reklam burada
Sizin reklam burada