Azərbaycanda kikboks üzrə tanınmış xanım məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin məhkəməsi keçirilib.
News365.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə barəsində qərar qəbul edilib.
Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.