Zelenski Britaniyaya səfər edəcək

Zelenski Britaniyaya səfər edəcək
18:20

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 8-də Böyük Britaniyaya səfər etməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının özü məlumat verib.

Zelenskinin sözlərinə görə, bundan əvvəl hazırda ABŞ-də olan Ukrayna nümayəndə heyəti ilə sülh planı barədə danışmağı planlaşdırır.

Dövlət başçısı əlavə edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona amerikalılarla danışıqlar barədə telefonla məlumat verəcək.


Sizin reklam burada
Sizin reklam burada