Ərdoğan Maduro ilə telefonla danışıb

Ərdoğan Maduro ilə telefonla danışıb
22:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb. 

News365.az xəbər verir ki, danışıq zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan Maduroya bölgədə baş verən hadisələri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həllinə inandığını və bunu bütün platformalarda vurğuladığını bildirib.

Ərdoğan, həmçinin ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq qalmasının vacibliyini qeyd edərək, gərginliyin ən qısa zamanda səngiməsini arzu etdiyini deyib.


Sizin reklam burada
Sizin reklam burada