"Qobu Park-1"dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır

"Qobu Park-1"dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
21:40

Dekabrın 5-də "Qobu Park-1" yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır.

News365.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə dörd nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

Onlardan bir nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Üç nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. İki nəfərin vəziyyəti orta ağır, bir nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada