Qaradağda evdən 7 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Qaradağda evdən 7 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
14:50

Qaradağ rayonunda evlərdən birindən 7 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

News365.az xəbər verir ki, polisə rayon ərazisində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F. Fərəcov müəyyən edilərək saxlanılıb. Sərfəli qiymətə məhsullar

Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı üzə çıxıb.

Faktlarla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada