Ermənistanın dövlət borcu açıqlanıb

Ermənistanın dövlət borcu açıqlanıb
02 May 2025 12:53

Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram təşkil edib ki, bu da 2024-cü ilin sonundakı göstəricidən 4,4% çoxdur. Dollar ifadəsində borc 5,8% artaraq 13,581 milyard dollara çatıb.

News365.az xəbər verir ki, bunu cümə günü keçirdiyi mətbuat konfransında maliyyə naziri Vahe Hovhannisyan bildirib.

Nazir qeyd edib ki, dövlət borcunun artımı dövlət büdcəsində və ortamüddətli borc strategiyasında müəyyən edilmiş parametrlərə uyğundur. Bu sənədlər həm borclanmanın həcmini, həm də vəsaitlərin mənbələrini müəyyən edir.

Eyni zamanda, dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1% azalıb.

O, həmçinin bildirib ki, daxili borcun payı 50%-ə çatıb. O, bunu müsbət nəticə hesab edir.

2024-cü ilin sonunda dövlət borcu təxminən 5 trilyon 93 milyard dram (təxminən 12,8 milyard dollar) təşkil edib. Nominal ifadədə o, 2023-cü ilin sonu ilə müqayisədə 6,2% artıb, lakin ÜDM-ə münasibətdə faktiki olaraq dəyişməyib - 48,3%, bu da keçən ilki səviyyədən 0,1 faiz bəndi aşağıdır.


Sizin reklam burada
Sizin reklam burada