Ermənistandakı zəlzələ Osetiyanı da silkələyib

Ermənistandakı zəlzələ Osetiyanı da silkələyib
08 Mar 2025 11:44

Cənubi Osetiya sakinləri Ermənistanda baş verən zəlzələnin təkanlarını hiss ediblər. Bu barədə Sputnik Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, təbiət hadisəsi saat 9:26-da Spitak şəhərindən şimal-şərqdə qeydə alınıb.


Agentliyin məlumatına görə, təbii fəlakətin mənbəyi qəsəbədən altı kilometr şimal-şərqdə olub. Yeraltı təkanların gücü 6-7 bala qədər olub və onları eyni zamanda ölkənin bir neçə rayonunun sakinləri də hiss ediblər. Söhbət Lori, Tavuş, Şirak və bir sıra digər bölgələrdən gedir.


Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada