Ermənistan ordusunun komandiri 2 milyonluq hərbi əmlakı mənimsəyib

Ermənistan ordusunun komandiri 2 milyonluq hərbi əmlakı mənimsəyib
07 Mar 2025 19:37

Ermənistan ordusunda növbəti dəfə qalmaqal yaşanıb. Belə ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri 2 milyon dram dəyərində hərbi əmlakı mənimsəməkdə ittiham olunur. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, T.M. adlı hərbçi keçən il zirehli maşınlarda olan duraluminium mühərrik hissələrini mənimsəyərək satıb: "Onun tabeliyində olan G.D. və K.A. isə ona anbardan məlum komponentlər sifariş etməkdə kömək ediblər. Onların hamısına qarşı ittiham irəli sürülüb və oğurladıqları pulların bir hissəsi artıq götürülüb. Cinayət işinin ibtidai istintaqı yekunlaşıb və məhkəməyə göndərilib".

Tural


Sizin reklam burada
Sizin reklam burada