Skuterlərdən istifadə edən şəxslər onları piyada keçidlərini və səkiləri bağlamayacaq şəkildə, müəyyən olunmuş parklanma yerlərində saxlamalıdırlar.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paylaşım edib.
Agentlik mikromobilliyin rahat və sürətli hərəkət üçün nəzərdə tutulduğunu qeyd edərək, istifadəçiləri skuterləri düzgün park etməyə çağırıb.
“Kiçik bir qayda, böyük rahatlıq! Hərəkət et, paylaş, amma keçidi bağlama!” – deyə AYNA-dan bildirilib.