"Ermənistan hamı ilə yaxşı münasibətlər qurmalıdır" - Samvel Karapetyan - VİDEO

"Ermənistan hamı ilə yaxşı münasibətlər qurmalıdır" - Samvel Karapetyan - VİDEO
13:35

Ermənistanda keçirilən parlament seçkilərində müxalifətin əsas simalarından biri, "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan ölkənin gələcək xarici siyasət kursu barədə danışıb.

Rəsmi səsvermədən sonra RTVI telekanalına açıqlama verən milyarder siyasətçi Ermənistanın xarici tərəfdaşları ilə balanslaşdırılmış əlaqələr qurmasının vacibliyini vurğulayıb:
 

"Bunlar bizim inkişafımıza kömək etməli olan ölkələrdir. Biz deyə bilmərik ki, yalnız Rusiya ilə və ya yalnız ABŞ ilə yaxşı münasibətlərimiz olacaq. Balans olmalıdır və bizim vəziyyətimizdə bu balans birmənalı şəkildə qorunacaq".


Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirilir. Rusiya biznes dairələri tərəfindən açıq şəkildə dəstəklənən "Güclü Ermənistan" bloku seçkilərdə hakim "Vətəndaş Müqaviləsi" partiyasının əsas rəqiblərindən biri hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada