Arvadım "az iç" dedi, mən də döydüm

Arvadım "az iç" dedi, mən də döydüm
18:10

Masallı rayonunda 42 yaşlı kişi ona spirtli içki içməyi irad tutan arvadını döyüb.

News365.az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Nahid həmin gün gecə saat 00:30-da yaşadığı fərdi yaşayış evinin qonaq otağında arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Onların arasında mübahisənin yaranmasına səbəb qadının ərinə spirtli içkini çox içməsi ilə bağlı irad bildirməsi olub. Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, arvadını yumruq ilə bir neçə dəfə vurub, onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Nahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, arvadı ilə barışdığını, qadının ona qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman onların barışmasını nəzərə alıb. Bu səbəbdən də Nahidin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib./// demokrat.az


Sizin reklam burada
Sizin reklam burada