Ermənilərin oğurladığı qədim qarqarlara məxsus Gərni məbədi

Ermənilərin oğurladığı qədim qarqarlara məxsus Gərni məbədi
09:45
Belçikanın “Le Vif Weekend” onlayn jurnalı qədim Roma dövrünün ən yaxşı memarlıq abidələrinin siyahısını dərc edib. 51 ən gözəl abidə arasında Gərni məbədi də var․ Gərni siyahıda 37-ci yeri tutub.
Antik müəlliflər qarqarların Şimali Qafqazdan tutmuş Araz çayına qədər olan geniş ərazilərdə yaşadıqlarını qeyd edirlər. Gərni məbədinin yerləşdiyi ərazi tarixi Albaniyanın qərb sərhədlərinə və qarqarların məskunlaşdığı zonaya çox yaxındır. Bölgənin qədim türk tarixi ilə bağlı məlumatlarına qədim Assur və Urartu mixi yazılarında da tez-tez rast gəlmək olur.
Bu gün Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimlərdə yaşamaqdadır. Təkcə elə İrəvan xanlığı tərkibinə daxil olan 15 mahaldan ikisi, Gərnibasar və Qarbibasar bu etnosun adını daşımışdır.
Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyir. Qədim Albaniyanın şimal-şərqində qarqar etnonimini özündə daşıyan toponimləri orta əsr ərəb müəllifləri öz əsərlərində qeyd etmişlər.
IX əsr müəllifi İbn Xordadbeh Qarqar şəhərini qeyd etmişdir. Hətta erməni tarixçisi S.T.Eremyan özü də etiraf edir ki, qarqarların ölkəsi Azərbaycandır. S.V Yuşkov, K.V.Trever qarqarları alban tayfası hesab etmişlər və onların özlərini “Qalqay“ adlandırdıqlarını yazmışlar. O dövrdə avtoxon xalqlarından biri, güclü tayfa bilriyi quran və böyük bir ərazidə yaşayan Qarqarlar idi.
Gərni mənədinin ermənilərə aidi varmı?
Gərni məbədi Günəş tanrısı Mihrə həsr olunub, qarqarların da inanc sistemində Mihr önəmli yerlərdən birini tuturdu. Eyni zamanda məbədinin bəzi bəzək elementləri və daş işləmələri, sonradan Qarabağ və ətraf ərazilərdəki alban kilsələrində rast gəlinən naxışlarla oxşarlıq təşkil edir. Antik dövrdə qarqarlar da daxil olmaqla bütün regional elita yunan dilini diplomatiya və din dili kimi istifadə edirdi.
Gərni məbədinin memarlığında istifadə olunan naxışlar klassik Roma naxışlarından bir az fərqlənir. Orada daha çox yerli, həndəsi və simvolik elementlər, günəş çarxları, mürəkkəb həndəsi kəsişmələr var. Bu elementlər alban xristian memarlığında, qarqarların yaşadıqları Qarabağ və Girdiman zonalarında da eynilik təşkil edir. Roma məbədlərində naxışlar daha dərindi. Gərnidə isə naxışlar daha yastı və mürəkkəbdir. Bu, qədim qarqarların daş üzərində xalça bənzəri naxış vurma ənənəsindən xəbər verir.
Arxeoloji qazıntılar zamanı aşkar edilən məbədin altındakı daha qədim qatlar bölgənin aborigen tayfalarına aiddir. Qarqarlar bu qədim sivilizasiyaların varisləri kimi bu ərazidə yaşayırdılar.
Məbəd elə tikilib ki, günəş şüaları müəyyən saatlarda birbaşa mərkəzi bütpərəst heykəlinin üzərinə düşürdü.
Bu tip astronomik dəqiqlik qədim qarqarlarda Günəş və Ay təqvimi ilə bağlı dərindən inkişaf etmişdi. Ermənilərin xristianlıqdan əvvəlki dövrü haqqında isə belə dəqiq memarlıq-astronomik məlumatlar yox dərəcəsindədir. Bu da binanın "ruhunun" yerli qarqarlara aid olduğunu, lakin "geyiminin" Roma olduğunu göstərir.
Memarlığa nəzər salsaq elə erməni yalanlarını görmək olar. Erməni kilsə memarlığı qalın divarlara və xaçvari planlara əsaslanır. Erməni memarlığında "açıq sütunlu məbəd" anlayışı yoxdur. Erməni kilsə və saray memarlığında binalar adətən birbaşa yer səviyyəsində və ya çox alçaq bir bünövrə üzərində tikilir.
Məbədin üzərində yunan dilində yazılar var. "Günəş (Mihr) Tanrısı üçün ucaldıldı..." deyə başlayan kitabə yunan əlifbası ilə yazılıb. Əgər bu abidə bir millətin özünəməxsus qürur mənbəyi idisə, burda isə haqlı olaraq sual yaranır:
“Əgər bu, erməni milli qürur mənbəyi və milli tikilisidirsə, niyə orada erməni dilində heç bir iz yoxdur?”
Əgər Gərni məbədi "erməni məbədi" sayılırsa, onda Türkiyədəki Efes Artemida məbədi də "türk məbədi" sayılmalıdır. Lakin türklər bu abidələrə "türk abidəsi" deyil, "Anadolunun antik irsi" kimi yanaşırlar. Ermənilər isə Gərnini öz milliləşdirilmiş abidələri kimi təqdim edirlər.
Erməni əlyazmalarının saxlanıldığı Matenadaranda minlərlə sənəd var. Lakin heç bir erməni mənbəsində Garni məbədi "milli memarlıq şahəsəri" və ya "erməni ruhunun simvolu" kimi yazılmır. Köhnə mətnlərdə bura sadəcə "Gərni qalası" və ya "bütpərəst xarabalıqları" kimi qeyd olunur.
Məbədin "erməni milli qüruru"na çevrilməsi cəmi 150 illik bir ideoloji layihədir. Bu, qarqarların və digər yerli tayfaların tarixini mənimsəyərək, özləri üçün süni bir keçmiş yaratmaq məqsədi güdür.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada