Füzulidə ağır qəza, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Füzulidə ağır qəza, 1 nəfər ölüb, 4 nəfər yaralanıb
16 Fev 2026 23:20

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News365.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili yük avtomobili ilə toqquşub. 

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada