TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
News365.az “bakupost.az”a istinadla xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlansaq da, hələlik sorğumuza cavab verilməyib.