Maraqlar üzərində qurulan praqmatik ittifaqlar dövrü başlayır

Maraqlar üzərində qurulan praqmatik ittifaqlar dövrü başlayır
09:33
Münxen Təhlükəsizlik Konfransının 2026-cı il üçün hesabatını vərəqləyib oxuduqca, dünyanın necə bədbin bir dönəmdə olduğunu anlayırsan. VEF-in Qlobal Risk 2026 hesabatından sonra MS2026 hesabatı ilə tanış olub paralellər aparmaq maraqlı oldu.
​Hər iki hesabat göstərir ki, ölkələr bir-birini "eşitmək" qabiliyyətini artıq itirib, indi hər kəs öz həqiqətini səsləndirir. MSC-2026 təkcə hərbi təhlükəsizlikdən bəhs etmir, həm də diplomatiyanın necə çətin bir sınaq qarşısında qaldığını nümayiş etdirir.
​Ən əsası, 2026-cı ildə Davos yeni güclərin beynəlxalq münasibətlər sisteminə subyekt kimi daxil olduğu dünya düzəninin başlanğıcının anonsu idi. Almaniya kansleri Davosda çıxışı zamanı Avropanın yeni düzəndə Berlin mərkəzli təmsil olunacağının mesajını vermişdi.
​MSC-2026 hesabatı ilk səhifədən son səhifəsinə qədər Avropanın ABŞ-ın təhlükəsizlik çətiri altından çıxmalı olması ideyasını dəstəkləyir. Almaniyanın yeni dönəm manifestidir. Açıq olmasa da, Avropa ölkələrinə Berlin mərkəzli yeni təhlükəsizlik çətirinin qurulmasının vacibliyini çatdırılır.
​Həm Davos, həm də Münxen konfransı göstərdi ki, böyük dövlətlərin rəqabəti fonunda Azərbaycan kimi orta gücə sahib ölkələrin manevr imkanları genişlənir.
2026-cı ilin ilk 45 günündə baş tutan 2 iri platforma göstərdi ki, ənənəvi Qərb və Şərq bölgüsü anlayışı artıq siyasi diskursdan çıxır. İndi maraqlar üzərində qurulan praqmatik ittifaqlar dövrü başlayır.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada