Gövhər Rzayeva "Başqalarında səhv axtarmazdan əvvəl öz qüsürlarını tapmalısan"

Gövhər Rzayeva "Başqalarında səhv axtarmazdan əvvəl öz qüsürlarını tapmalısan"
21:27

"Əgər bir dostunda, tanışında qüsur axtarmaq istəyirsənsə, əvvəl güzgünün qabağında dayanıb öz qüsurlarını tapmalısan"

Bunları məşhur qarmon ifaçısı, əməkdar artist Gövhər Rzayeva deyib. Əməkdar artist dövrümüzün insanlarlından gileylənib:

"Əvvələr belə deyildi. İnsanlar çox dəyişib. Eyni havadır, eyni sudur, eyni çörəyi yeyirik amma... Dəyişən zamanə deyil insanlardır. Hər adam həyatı başa düşmür. Hər kəsi özü kimi görmək istəyir. Hamının öz dili var. Bir insan ki, səni başa düşmür üzünü çöndər get. Özünü boş yerə yorma. O adama həyat elə çatır".

Gövhər Rzayeva indiki dostluqların da keyfiyyətsiz olduğunu dilə gətirb:

"Allah adamı dostundan qorusun, düşmənindən insan özü-özünü qoruyur. Dost adamın zəif yerini yaxşı bilir. O incə sarı simi tutanda insanı arxadan vurur. Əvvəlki insanlar bir başqa idi. İndikilər bir başqadır. İnsan boş vaxtlarında hər gün vicdanına hesabat verməlidir. Bu gün mən kimisə incitdimmi? Kiminsə xətrinə dəydimmi? Təəssüf ki, bugünkü insanların çoxu belə şeyləri tamamilə unudub".


Sizin reklam burada
Sizin reklam burada