Dövlət vətəndaşa rahatlıq və keyfiyyət tələb edən bir "müştəri" kimi baxacaq

Dövlət vətəndaşa rahatlıq və keyfiyyət tələb edən bir "müştəri" kimi baxacaq
09:33
Azərbaycan öz rəqəmsal gələcəyi üçün çox iddialı bir mərhələyə qədəm qoymaq ərəfəsindədir. Prezident İlham Əliyev ölkənin yeni rəqəmsal arxitekturasının qurulacağını elan etdi. Burada arxitektura sözü xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dünyada gedən geosiyasi proseslər və texnoloji inkişaf ölkələr qarşısında yeni çağırışlar formalaşdırır. Bu yeni dünya çağırışına uyğunlaşmaq isə yalnız islahatlarla mümkün görünmür. Ona görə də ölkənin yeni rəqəmsal arxitekturasının formalaşdırılması dəyişməkdə olan dünyada öz yerini müəyyən etmək üçün vacib amildir.
Azərbaycan rəqəmsal arxitekturasını qurmaqla vahid vitrin və vətəndaşyönümlü modeldən müştəriyönümlü modelə keçidə başlayır.
Beləliklə, Azərbaycan hazırkı mərhələdə daha yüksək səviyyəli dəyişikliyə gedir. Bu, sadəcə prosedurları dəyişmək deyil, bu, dövlətin cəmiyyətə və biznesə baxış bucağının yeni meyarlarla formalaşdırılmasıdır. Yeni konsepsiya dövlət fəlsəfəsində Veber, Makiavelli konsepsiyalarından imtina edərək, biznes fəlsəfəsinin idarəçiliyə tətbiq edilməsidir.Yeni dövlət qəliz irarxiyaya malik rejimdən, açıq xidmət provayderinə keçid edir. Artıq dövlət vətəndaşa rahatlıq və keyfiyyət tələb edən bir "müştəri" kimi baxacaq.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada