"Azadlıq məsuliyyətsizliyə icazə deyil"- Nailə İslamzadə

"Azadlıq məsuliyyətsizliyə icazə deyil"- Nailə İslamzadə
09:51

“Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar”.

News365.az xəbər verir ki, bu fikirləri özünün sosial səhifəsində tanınmış aparıcı Nailə İslamzadə yazıb.

 

O qeyd edib ki, tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil:

Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, , təsadüfən olsa da, qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq.

Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları söz əvvəlcə öz səviyyələrini göstərir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada