Kadr siyəsəti düzgün qurulmayanda...

Kadr siyəsəti düzgün qurulmayanda...
09:15

 

“Kadr dəyişikliyi mövzusu Harvard Business School-da aparılmış müxtəlif tədqiqatlarda, o cümlədən John Kotter və James Heskett-in “Corporate Culture and Performance” adlı böyük araşdırmada xüsusi yer tutur. Orada göstərilir ki, hər hansı bir qurumun uğuru ilk növbədə düzgün qurulmuş kadr siyasətindən asılıdır”.

Bunun News365.az- a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O əlavə edib ki, tədqiqatların demək olar ki, hamısı təsbit edir ki, təşkilatların real gücü strategiyada yox, həmin strategiyanı həyata keçirən insanlarda formalaşır:

“Məhz buna görə də dünyada uğurlu təşkilatlar kadr siyasətinə inzibati funksiya kimi yox, strateji kapital kimi yanaşan təşkilatlardlr. Çünki, meritokratiya və peşəkar inkişaf mühiti yaradılmadıqda heç bir islahat uzunmüddətli nəticə vermir.

Əlqərəz, kadr siyasəti düzgün qurulduqda qurumun nüfuzu, uğuru və praktik nəticələri böyüyür. Düzgün qurulmadıqda isə ən yaxşı strategiyalar belə kağız üzərində qalır”

 News365.az


Sizin reklam burada
Sizin reklam burada