"Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Azərbaycan üçün əhəmiyyətini hər zaman vurğulayır. Eyni zamanda Aleksandr Vuçiç də ölkəmiz və prezidentimiz haqqında rəğbətlə danışır. Serbiya prezidentinin bizim İlham Əliyevdən öyrənəcəyimiz çox şey var deməsi buna bariz nümunədir. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan və Serbiya dostulq münəsibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb"
Bu fikirləri News365.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir səsləndirib.
Elşad Mirbəşir bildirib ki, cənab İlham Əliyevin Serbiyaya sayca 3-cü səfərinin Serbiyanın milli bayramı dövlətçilik gününə təsadüf etməsi də ölkələr arasında münasibətin çox yüksək səviyyədə olduğunun göstəricisidir.
Elşad Mirbəşir səfərin nəticələrindən də söz açıb. O bildirib ki, Azərbaycanla Serbiya arasında strateji tərəfdşlıq münasibətlərinin birinci mərhələsinin baş tutmasını ölkələr arsındakı munasibətlərin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirmək olar:
"İki ölkə arasında qarşılıqlı maraqlara cavab verən səmərəli əməkdaşlıq qurulub. Bildiyimiz kimi Azərbaycan Serbiyaya təbii qaz ixrac edir. Azərbaycan Prezidenti dəfələrlə ölkələr arasındakı enerji əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirib. Bunu "Münhen Təhlükəsizlik Konfransı" çərçivəsində də qeyd edib.
Fəlsəfə doktoru onu da vurğulayıb ki, Serbiya çox məhdud sayda ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurur. Bu ölkələrdən birinin Azərbaycan olması İlham Əliyevin strateji düşüncəsi və qabaq görən siyasətinin nəticəsidir.
Elşad Mirbəşirin sözlərinə görə, Ölkələr arasındakı ortaq dəyərlərin də bu münasibətlərin inkişafında böyük əhəmiyyəti var:
"Hər iki dövlət biri-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Daim bir-birinə dəstək nümayiş etdirirlər. Siyasi amilərlə yanaşı iqtsadi əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Dövlətlər arasında energetika, bərpa olununan enerji, turizm və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını artırmaq prespektivi kifayət qədər genişdir. Düşünürəm ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha dinamik şəkildə inkişaf edəcək".