Ermənilərin konyak mifi və yalanı- DETALLAR

Ermənilərin  konyak mifi və yalanı- DETALLAR
09:20
Ermənilər özləri haqqında o qədər saxta tarixlər yazıblar ki, hərdən ciddi erməni alimləri özləri də şübhə içərisində bir birlərinə sual verirlər:
"Doğurdan da biz bunu etmişik?"
Erməniləri saxta tarixləri, yalançı mifləri ilə yanaşı özlərini inandırmağa cəhd edirlər ki, onlar dünyada olan hər şeyi eramızdan əvvəl kəşf ediblər. Əli qələm tutan ermənilər çalışıblar ki, yalanla, dolanla özlərinə tarix düzəltsinlər və hər şeyi öz adlarına çıxsınlar.
Dünyada uzun zamandır bir erməni yalanı yayılır. Guya dünyada ilk konyakı ermənilər kəşf ediblər. Eramızdan əvvəl bu konyakın reseptini ermənilər icad edirlər. Amma bütün dünya bilir ki, Fransada Konyak şəhərinin adı ilə bağlı olan bu tünd içkini elə ordaca ilk dəfə istehsal ediblər.
Maraqlıdır ki, ermənilər özlərinə sual verirlərmi Konyak özü 1215-ci ildə şəhər statusu alıb. Ad da o zaman yazılıb. Necə ola bilər eramızdan əvvəl Konyak adı içki ermənilərdə olub ?
Şəhər bu tarixdə yaransa da XVI əsrdə icad və istehsal olunan içkini ancaq eradan əvvəl bir "millət" kəşf edə bilərdi. Hindistanın Kəlküttədə və Mədrəs şəhərində yaşayan Boşa qaraçı taboru. Gülməlidirmi?
Ermənilərin konyak ilə tanışlığı 1887-ci ildə, rus taciri Nerses Tairyants və Nikolay Şustov sahəsində baş verib. Şustov zavodu qurduqdan sonra bütün avadanlıqları və distillə üsullarını Fransadan gətirmişdi. Yəni, "erməni konyakı" deyilən şey əslində rus sərmayəsi ilə gətirilmiş fransız texnologiyasıdır.
Erməni yalanları o qədər irəli gedib ki, guya 1900-cu ildə Parisdə sərgidə fransızlar bunlara deyiblər ki, ad sizindir, guya Çörçil hər gün "Dvin" konyakı içirmiş, guya Stalin ona hər həftə Londona erməni konyakı göndərirmiş. İkinci dünya müharibəsi illərində Britaniya Sovetlər birliyi məhz konyaka görə qurulub. Bu sitat sonunda hansı smayliki qoymağı belə tapa bilmədim. Gülüş yoxsa ermənilərin axmaq olmasına üzüntü.
Tarixdən bəllidir ki, Sovet rəhbərliyi qərara gəlmişdi ki, SSRİ-də istehsal olunan bütün yüksək keyfiyyətli brendilər "konyak" adlandırılsın
Ermənilər bu sovet standartından istifadə edərək, "erməni konyakı" ifadəsini bir brendə çevirdilər saxta miflər yaratdılar ki, guya bu qədim erməni içkisidir. Özlərini "qədim xalq" olmasını göstərmək üçün dünyanın qəbul etdiyi fransız içkisi sovetlərin vaxtında, Mikoyanın xeyir duası ilə qəfildən eramızdan əvvələ, ermənilərə gedib çıxdı.Ermənilər iddia edirlər ki, Nuh peyğəmbər gəmidən düşəndə ermənilər onu Ararat vadisində konyak içkisi ilə qarşılayıblar.
Erməni konyakı ifadəsi coğrafi saxtakarlıqdır və bunu Ümumdünya Ticarət Təşkilatının qaydaları da təsdiq edir. Avropa İttifaqının Ermənistan qarşısında qoyduğu əsas şərtlərdən biridə saxtakarlığa son qoyaraq konyak adınının sui-istifadə edilməməsidir.
2021-ci ildə qüvvəyə minən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsasən, Ermənistan "konyak" və "şampan" sözündən istifadəni tamamilə dayandırmağı öhdəsinə götürüb.Beynəlxalq hüquq bu yalanın qarşısını birdəfəlik almaq üzrədir.
Heç bir ciddi beynəlxalq ticarət təşkilatı Ermənistanda istehsal olunan içkini "konyak" kimi tanımır. Bu, sadəcə brendi içkisinin saxta variantıdır.
Çünki bu brend "Appellation d'Origine Contrôlée" (AOC) statusu ilə qorunur.
Elə bu gülünc iddianı baş nazirləri Nikol Paşinyan konkret olaraq yox elədi:
“Konyak Fransanın qeyri-maddi dəyəridir. Konyak bölgəsində yetişdirilən üzümdən hazırlanan brendiyə (tünd spirtli içki) aiddir".
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada