ABŞ Rusiyanı vura bilərmi?

ABŞ Rusiyanı vura bilərmi?
20:42

ABŞ İranda keçirdiyi hərbi əməliyyatlarla qısa müddətdə molla rejiminin vacib şəxslərini aradan götürməyi bacardı. İranda əməliyyatları bitdikdən sonra bu uğurun təsiri altında ABŞ Rusiyaya hərbi müdaxilə edə bilərmi?


N
ews365.az-ın qonağı olan “REAL” partiyasının sədri Natiq Cəfərli bu sualı cavablandırıb:

“Rusiyanı düzgün qiymətləndirmək lazımdır. Onların Avropa ilə münasibətləri pozulana qədər Putin qərb yönümlü siyasət yürüdürdü. Rusiyanın niyyəti münasibətləri yaxşılaşdırmaq və Avropa siyasi səhnəsində özü yerini almaq istəyirdi. 2007-ci ilə qədər Rusiya iki dəfə NATO-ya üzv olmaq üçün müraciət edib. Bütün bu cəhdlər uğursuz alındıqdan sonra Qərb və Rusiya münasibətləri pozuldu. Bundan sonra Rusiya Gürcüstandan başlayaraq işğalçılıq siyasətini yürütməyə başladı. Bu gün Rusiyanın əsas istəyi Ukraynadan torpaq qoparmaq deyil. Onların əsas istəyi qərb ailəsinə üzv olmaqdır. Yəni onlar İran kimi bu sistemin tam əleyhinə deyillər”.

 

Partiya sədri Rusiya Çin münasibətlərinə də toxunub. Natiq Cəfərli bilfirib ki, bu münasibətlərdə qazanan yanlız Çindir:

“Onlar Rusiyadan hər tərəfli istifadə edirlər. İqtisadi baxımdan Rusiyanın xam mallını ucuz qiymətə alıb istifadə edirlər. Siyasi baximdan isə Rusiyadan qərbə təzyiq vasitəsi kimi istifadə edirlər. Rusiya bunları başa düşsə də başqa bir çıxış yolu olmadığı üçün, bu vəziyyətə etiraz etmir. Əgər danışıqlar masasında ABŞ Rusiyaya müəyyən güzəştlərə gedərək sülh təklif etsə, Putin bunu sevə-sevə qəbul edəcək. Çünki əks halda rəsmi Vaşinqton birbaşa olaraq Çinlə razılaşacaq və Çin öz xeyirlərinə görə Rusiyanı qurban verəcək. Rəsmi Moskva üçün ən pis ssenari bu ola bilər. Hər hansısa hərbi müdaxilənin edilə biləcəyinə inanmıram”.


Sizin reklam burada
Sizin reklam burada