Peskov: Rusiya və ABŞ arasında nadir torpaq metallarına dair sənəd imzalanmayıb

Peskov: Rusiya və ABŞ arasında nadir torpaq metallarına dair sənəd imzalanmayıb
31 Mar 2025 15:27

Moskva və Vaşinqton arasında nadir torpaq metallarının çıxarılması üzrə birgə layihələrə dair heç bir sənəd imzalanmayıb.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, iki ölkə arasında qarşılıqlı sanskiyaların hələ də qüvvədə olduğunu xatırladıb:

"Heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir".

Peskov Rusiya və ABŞ bizneslərinin birgə layihələrdə qarşılıqlı marağının iki ölkə arasında münasibətlərdə vəziyyətin yaxşılaşdırılmasının ilkin mərhələsi adlandırıb:

"Bu münasibətlərimizin ən aşağı həddə düşdüyü dövrdən sonra yalnız ilkin mərhələdir. Ona görə də vəziyyəti düzəltmək üçün əhəmiyyətli səylər lazımdır". (apa.az)


Sizin reklam burada
Sizin reklam burada