Xəbər verdiyimiz kimi iki gün öncə Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb:
"Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".
Maraqlıdır ki, öz yalan və törətdikləri faciə, qırğınları boyunlarından atması ilə seçilən Ermənistan cəmiyyəti bu faktı da inkar edir. Yerli mediı, ekspertlər Xocalıda qırğın olmadığını yazır, aşkarlanan mülki şəxslərə aid kütləvi məzarlıqlarla bağlı isə anormal iddialar səsləndirirlər. Məsələn, erməni həyasızlığının sübutuna dair "Mamul" nəşrinin məqaləsini göstərmək olar. Sayt Azərbaycan məsələləri üzrə ekspert Qarnik Davtyanın xəstə təxəyyülünün məhsulu olan fikirləri dərc edib. O deyib: "Azərbaycan mediası məzarlıqla bağlı videolar yayır və tapılan sümüklərin Xocalı hadisələri ilə birbaşa əlaqəli olduğunu iddia edir.
Videoda əks olunan sümüklərlə yanaşı, geyim qalıqlarını da görə bilərsiniz. O əlverişsiz şəraitdə heç bir geyim 30 ildən artıq qala bilməzdi. Bu bir yana, müstəqil məhkəmə-tibbi ekspertiza olmadan bu barədə danışmaq olmaz. Bu barədə başqa nə deyə bilərəm? Azərbaycan bu mövzu istiqamətində təbliğatlara xeyli səy göstərib və soyqırımına qərq olmuş ölkə statusuna nail olmağa çalışır. Bu, əlbəttə ki, ilk baxışdan bizə gülməli görünür. Lakin Azərbaycanın son illərdə xarici siyasətdə əldə etdiyi uğurları nəzərə alsaq, bunun da gələcəkdə bizim üçün ciddi nəticələrə səbəb ola biləcək bu istiqamət olduğunu deyə bilərəm”.
Əvvəla, insan qalıqları Xocalıda aşkarlandığı üçün ilkin ehtimal kimi burada törədilən soyqırımına aid olduğu yazılır. Bu sadə məntiqdir ki, erməni cəmiyyəti bunu anlamaz... İkincisi, Davtyanın çürük fəlsəfəsinə görə, guya ölən adamın geyimi onun əti kimi çürüyüb yox olmalı idi, məzarlıqda 30 il qalmamalıydı. Halbuki Qarabağ müharibəsindən əvvələ -1941-45-ci illərə aid xeyli sayda məzarlıqlar və əsgər cəsəd qalıqları aşkarlanır ki, onların üzərində nəinki geyimləri, bəzən kağızdan ibarəd sənədlər da qalır. Buna nümunə, misal kimi bir neçə il əvvəl Belarusda pilot cəsədinin aşkarlanmasını göstərmək olar. Həmin vaxtı cəsədin üzərindən İvan Tarasoviç Qolikova verilmiş komsomol bileti də aşkarlanmışdı. Bir sözlə, hayların soyqırımı törətmələrini öz üzərilərindən atmağa çalışmaları bir yana, gülünc, iyrənc və ağlasığmaz arqumentləri ortaya qoymaları bu cəmiyyətin nə dərəcədə təhlükəli olmasını göstərir...
Tural