Ərdoğan Mahmud Abbasla danışdı

Ərdoğan Mahmud Abbasla danışdı
29 Mar 2025 18:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstinin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.


News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.


Telefon danışığı zamanı Fələstində yaranmış vəziyyətlə yanaşı, regional və qlobal məsələlər müzakirə edilib.


Ərdoğan həmçinin Qəzzada humanitar böhranın dərinləşdiyini və fələstinlilərin birlikdə bu çətinliyin öhdəsindən gələ biləcəklərini vurğulayıb.


Türkiyə lideri ölkəsinin bundan sonra da Fələstinin səsini hər platformada eşitdirmək üçün səy göstərəcəyini ifadə edib


Sizin reklam burada
Sizin reklam burada