Mən Güney Azərbaycan
məsələsində 2001-ci ildən varam. Nələr etmişik bunu tarix göstərəcək, amma bir
həqiqəti gördüm. Güney Azərbaycanın İranın molla rejimindən xilas edilməsi orda
yaşayan azərbaycanlılarla mümkün deyil. Orda öndə olan bütün şəxslərin hər
birinin tərcümeyi halını əzbər bilirəm. Prosesləri də bilirəm.
Son illərdə
də lap əmin oldum ki, Güneydə 35 milyon Azərbaycanlı sadəcə rəqəmlərdən ibarətdir.
Axtarsan orda 35 azərbaycanlı belə tapmaq çətin olar. Niyəsinə də cavab verirəm.
Amma bir haşiyə çıxım
Hər zaman
Rusiyada yaşayan azərbaycanlılar deyiləndə "göy satanlar" deyib lağ
edənlər görsünlər ki, orda Azərbaycan və onun dövlət rəmzləri haqqında artıq
söz deyən olanda gedirlər, tapırlar, ağzın burunun dağıdıb üzr istədirlər. Nəticədə
digərləri nə də bu dərs olur. Amma İranda biz bunu görmədik neçə illər ərzində.
Azərbaycan
Respublikasının Ana Yasası- Konstitusiyası ilə Prezident vəzifəsi dövlət rəmzi
sayılır, eyni zamanda bayraq, gerbi, himn kimi.
Əsli kökü
islamı qəbul etmiş Livan ermənisi, İranın dini lideri Əli Xameneinin Ərdəbil
vilayəti üzrə rəsmi nümayəndəsi Seyid Həsən Cəbəl Amulinin dəfələrlə ölkəmizin
başçısına qarşı artıq əksik sözləri, xüsusilə son sözləri Azərbaycan
Respublikasının Prezidentini yox, Konstitusiyamızı, dövlət rəmzinin hədəfə
alınmasını göstərir..Dövlət siyasi sistemini təhqir etməsini isbat edir.
Bizim ölkə
başçısına maaşla bağlı, sosial problemlərlə bağlı etirazımız daxili işimizdir,
amma onun hədəfə alınıb Amuli kimi erməni tərəfindən o sözlərin deyilməsinə görə
nəinki İranı od vurub yandırarıq, gedib lap onun bütün mollalarının ağzını
cırarıq..Biz Bakıda ola ola əlimiz ora çatmır, amma ora getmək imkanları olsa nələr
edərik orda bir Allaha bəllidir. Burda da onların itlərinə qarşı mübarizə
aparırıq, Amma 35 milyon özünə deyən Azərbaycanlının orda susuması bir daha
göstərir ki, orda Azərbaycanlı adında heç kim yoxdur!
Azərbaycan
Respublikasının Prezidentinə o sözlər deyilir və İranda özünə Azərbaycanlıyam
deyənlər susurlar, etiraz etmirlər, gedib orda onun ağzını cırmırlarsa hansı Azərbaycanlıdan,
hansı 35 milyondan söhbət gedə bilər?
Biz Şimali
Azərbaycanda 10 milyon bütöv Azərbaycana belə yetərik. Təbrizə də, Ərdəblidə də,
Xoyda da gedib yaşayıb oranı Azərbaycanlı edərik, 35 milyon özünə deyən Azərbaycanlısız
da edərik.
Gedib
stadionda “Azərbaycan bir olsun” deməklə söz oyunu əvəzinə gedib Amulinin
ağzının payını vermək lazım idi. Yoxsa saz, sözlə iş olmur. Bunu də Azərbaycan
44 günlük və sonra 23 saatlıq müharibədə sübut elədi.
Növbə sizindir…
Prezidentə deyilən sözlərə görə ya onun cavabını verib Azərbaycanlı olduğunuzu
sübut edin, ya da çəkilib kənarda durun, biz işimizi görək.
Zaur Əliyev, tarixçi alim