Rusiyanın Vaşinqtondakı keçmiş səfiri Anatoli Antonov diqqət çəkən açıqlamalar verib.
O, “Kommersant”a müsahibəsində bildirib ki, Ağ Evin yeni seçilmiş rəhbəri Donald Trampın ABŞ sərhədlərinin yenidən təşkili ilə bağlı “radikal ideyaları” ciddi diqqət tələb edir. Bu barədə ciddi şəkildə düşünmək lazımdır.
Antonov yeni seçilmiş prezidentin Qrenlandiya və Kanadanın ABŞ-yə birləşdirilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına belə cavab verərkən deyib ki, bu cür təklifləri həm də “Şimali Atlantika Alyansının bir üzvünün digərinə qarşı açıq ərazi iddiaları” kimi xarakterizə etmək lazımdır.
Xatırladaq ki, bir müddət öncə Donald Tramp bəyan etmişdi ki, Kanadanı ilhaq etmək, Panama kanalına nəzarəti bərpa etmək və Qrenlandiyanı Danimarkadan qoparmaq amerikalılar üçün əla fürsətdir. Tramp bu bəyanatları ilə blef etmiş olsa belə, yəni dediklərini həyata keçirməsə belə, artıq Amerikanın beynəlxalq statusuna, müttəfiqləri ilə münasibətlərinə böyük zərbə vurub.
Tural