Yaponiyanın Kanazava Universiteti Tibb Elmləri Ali Məktəbinin yaşıl çayla bağlı maraqlı faktlar aşkarlayıblar. Elm adamları müəyyən ediblər ki, yaşıl çayın müntəzəm istehlakı yaşlı insanlarda zərərli maddələrin beyinin ağ maddəsinə ziyan vurmasının miqdarını əhəmiyyətli dərəcədə azalda bilər. Araşdırmanın nəticələri npj Science of Food jurnalında dərc olunub.
Alimlər 65 yaşdan yuxarı 8000-dən çox könüllünün məlumatlarını təhlil ediblər. Onlar ağ maddənin həcmini, hipokampını MRT taramalarından istifadə edərək beyinə təsirləri qiymətləndiriblər. Gündə üç stəkan yaşıl çay istehlakı beynin ağ maddəsinin daha az zədələnməsi ilə əlaqələndirilib.
Tədqiqatçılar həmçinin onu da hesablayıblar ki, gündə təxminən 1,5 litr yaşıl çay içən eksperiment iştirakçıları bir fincan içənlərlə müqayisədə ağ maddənin bütövlüyündə altı faiz üstünlük qazanıblar.
Ağ maddənin əsas funksiyası sinir impulslarını beynin bir hissəsindən digərinə ötürməkdir. O, həmçinin beynin müxtəlif hissələri arasında məlumat mübadiləsində rol oynayır, hiss bölgələri arasında siqnallar ötürür insanların hərəkət etməsinə və xarici dünyanı qavramasına imkan yaradır.
Tural