Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ölkədə keçiriləcək prezident seçkilərində namizədini açıqlayıb.
News365.az ERT-yə istinadla xəbər verir ki, o, parlament sədri Konstantinos Tasulası namizəd kimi irəli sürüb.
Mitsotakis Yunanıstanda prezidentin icra səlahiyyətlərinin məhdud olmasına baxmayaraq, millət üçün simvolik əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirib:
“Prezidentin birləşdirici vəzifəsini nəzərə alaraq, onun yalnız bir dəfə və 6 illik müddətə seçilməli olduğuna inanıram".
Konstitusiya dəyişikliyi çərçivəsində prezidentin səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı təkliflərini parlamentə təqdim edəcəklərini bildirən Mitsotakis qeyd edib:
“Elan edirəm ki, Yeni Demokratiya Partiyasının növbəti prezidentliyə namizədi parlamentin hazırkı sədridir".