Yanğın niyə məhz Hollivud ulduzlarının olduğu yerdə baş verdi? - İLGİNC SƏBƏB

Yanğın niyə məhz Hollivud ulduzlarının olduğu yerdə baş verdi? - İLGİNC SƏBƏB
12 Yan 2025 12:25

ABŞ-nin meşə yanğınlarında 30 nəfər və Hollivud ulduzunun 550 milyon dollarlıq mülkü yanıb kül oldu.

Bəs, niyə məhz Hollivud ulduzlarının olduğu yerdə baş verdi?

Doğrudanmı, ABŞ fantaziyasının əvəzsiz təbliğat maşını qorunmurdu?

Bir neçə saata istənilən qitədə müharibəyə müdaxilə edə bilən ABŞ fövqəldövləTin okean sahilində bir yanğını söndürə bilməməsi təbii ki, xeyli sual doğurur. Çox qısa zamanda minlərlə ev yanır, on minlərlə insandan yalnız 15 adam ölür.

Üstəlik, hər xırda məsələyə konspirolji fikirlər istehsal edən ABŞ 5 günə 50 milyard ziyanına çox sakitcə "təbii fəlakət" adı qoyur. Çox qəribədi ki, yanğından öncə həmin regionda sığorta şirkətləri "yanğından sığorta" maddəsini ləğv edib?!

Çox maraqlıdır ki, başqa bölgələrdən yanğın bölgəsinə heç bir yardım gəlmir. Digər bölgələrdə də hansısa təhlükə barədə və Fövqəldövlətin nüfuzuna ləkə düşməməsi üçünmü təxribat ehtimalı barədə ABŞ mediası susur.

Bir müsəlman tapıb terrorçu elan eləmək mümkün deyilmi?

Bəlkə Trampın ABŞ adından Qrenlandıyanı, Kanadanı, Haitini, Baham adalarını, Tayvanı və hətta Şimali Koreyanı işğal etmək kimi dəlisov planlarına cavabdır?

Təbii ki, bir azdan ABŞ həqiqəti gizlətmək üçün daha parıltılı konspiroloji teatrlar təqdim edəcək. Həqiqətin ortaya çıxmaması üçün Hollivuda hamını "dəhşət"ə gətirən filmlər sifariş ediləcək. Maddi tərəfi heç problem deyil. Onlar üçün hansısa şərq ölkəsində lokal bir müharibə təşkil edərək 50 milyard dolları "diriltmək" asan məsələdir. Amma iki nəsnə həqiqət olaraq qalacaq.

Birincisi, həqiqət ortaya çıxmayacaq. İkincisi, ABŞ-dən də güclü güc(lər) var.

Rasim İsmayılov, News365.az