ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yaya qədər donorlardan təxminən 500 milyon dollar maliyyə toplamağı planlaşdırır. Bu barədə Axios yüksək rütbəli məmurlardan birinə istinadən xəbər verir.
"Ən səxavətli donorlardan bəziləri kriptovalyuta və texnologiya sektorlarını təmsil edir, ianələr isə fiziki şəxslərdən gəlməklə 10-20 milyon dollara çatır. Maliyyə dəstəyi həmçinin səhiyyə, kənd təsərrüfatı, maliyyə və sığorta sektorlarının nümayəndələri tərəfindən həyata keçirilir", - nəşr yazıb.
Axios həmçinin yazıb ki, Tramp donorlara müəyən mövzularda aydın bir mövqe nümayiş etdirir, ianələri qəbul etməyə hazır olduğunu vurğulayır. Lakin o, konkret danışıqlar aparmaqdan və şəxsi maraqları inkişaf etdirmək üçün donorlara söz verməkdən imtina edir.
Tural